Ana Sayfa > Karusel / Hadisə > Həştərxan hava limanında sərnişin təyyarəsi yanacaq daşıyan avtomobillə toqquşub

Həştərxan hava limanında sərnişin təyyarəsi yanacaq daşıyan avtomobillə toqquşub


2-10-2021, 07:05. Yazar: Admin

Həştərxan hava limanında sərnişin təyyarəsi yanacaq daşıyan avtomobillə toqquşub

Oktyabrın 1-də axşam saatlarında Həştərxan hava limanında "Pobeda" aviaşirkətinə məxsus Sankt -Peterburqa uçmalı olan sərnişin təyyarəsi havaya qalxmamışdan əvvəl yanacaq daşıyan avtomillə toqquşub.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Təyyarə qanadı ilə avtomobilə toxunub. Hadisə nəticəsində uçuş gecikib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

Hadisədən sonra pilotlar vəziyyətin nəzarət altında olduğunu bildiriblər.

Zərər görmüş təyyarənin sərnişinləri üçün ehtiyat təyyarə ayrılıb.


Geri dön