Rəyasət Heyətinin iclasında akademik Gövhər Baxşəliyeva AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, iqtisad elmləri doktoru Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru vəzifələrinə, həmçinin Nərmin Adıgözəlova AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Sultan Hüseynova isə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi vəzifələrinə təsdiq olunublar.
Qarabaginfo.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin oktyabrın 1-də keçirilmiş iclasında qərar qəbul edilib.