İran İslam Respublikasının Azarbaycan Respublikasindakı səfiri diplomatik missiyanin qarşısında törədilmiş xuliqanlıq hərəkətinə etirazını bildirib. Qarabaginfo.az "IRNA"ya istinadla xəbər verir ki, o, etirazını bu sözlərlə ifadə edib: "Dünən gecə İran İslam Respublikasının Bakıdakə səfirliyinə edilən bəzi insanların basqın va hörmətsizliyindən sonra buna qətiyyətli etirazların və rəsmi tədbirlərin ardınca diplomatik polis va Azərbaycanın Daxili İşlər Nazirliyi 4 təqsirkarı müəyyənləşdirib və onlar saxlanılıb" İran səfiri vurğulayıb ki, İslam Respublikasının səfirliyi tam araşdırma bitənə və təqsirkarlar cəzalandırılana qədər məsələni izləməyi davam etdircək. Xatırladaq ki, sentyabrın 30-da Bakıdakı diplomatik missiya önünə rəmzi İran bayrağını əks etdirən 3 aftafa qoyulub.
Geri dön
|