Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənistan Baş Qərargah rəisinin müavini tutulub
Ana Sayfa > Karusel / Region > Ermənistan Baş Qərargah rəisinin müavini tutulub

Ermənistan Baş Qərargah rəisinin müavini tutulub


1-10-2021, 15:14. Yazar: Admin

Ermənistan Baş Qərargah rəisinin müavini tutulub

 

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan tutulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, onun evində axtarış aparılır.

Bildirilir ki, S. Qalstyan keyfiyyətsiz döyüş sursatlarının silahlanmaya qəbul edilməsi, nəticədə dövlətə külli miqdarda - təqribən 4,5 milyon dollarlıq ziyan dəyməsi ilə bağlı başlanmış cinayət işi üzrə bir neçə gün əvvəl dindirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti sentyabrın 30-da həmin iş üzrə keçmiş müdafiə naziri David Tonoyanın və “Patron Davo” ləqəbi ilə tanınan silah taciri David Qalstyanın həbs olunması barədə məlumat yayıb.

D. Tonoyan külli miqdarda mənimsəmədə günahlandırılır.


Geri dön