Ana Sayfa > Karusel / Gündəm > Dünənki qəzada ölənlərin sayı artdı - DİN-dən açıqlama
Dünənki qəzada ölənlərin sayı artdı - DİN-dən açıqlama2-10-2018, 14:36. Yazar: Admin |
Daxili İşlər Nazirliyi Binədə baş verən qəzayla bağlı məlumat yayıb. "Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölub. Qeyd edək ki, 1962-ci il təvəllüdlü Şakir Əliyevin adı ötən gün yaralıların siyahısında idi. Yusif Dadaşzadə isə qəza zamanı dünyasını dəyişən 13 yaşlı məktəblidir. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır. Geri dön |