Ana Sayfa > Karusel / Cəmiyyət > Vilayət Eyvazov arvadını güllələyən polisi işdən çıxardı - ƏMR

Vilayət Eyvazov arvadını güllələyən polisi işdən çıxardı - ƏMR


1-10-2021, 15:13. Yazar: Admin

Bakıda arvadını öldürən polis daxili işlər orqanlarından xaric edilib.

 

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri İsmayıl Məmmədov daxili işlər orqanlarından xaric edilib.

 

İ.Məmmədov bu gün məhkəmə qarşısına çıxarılacaq. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

 

Qeyd edək ki, hadisə sentyabrın 30-da səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Nizami RPİ-nin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

Daha sonra İ.Məmmədov saxlanılıb, barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.(Modern.az)

 


Geri dön