“İndiyədək 143 qazinin yüksək texnologiyalı protezlə təminatı həyata keçirilib”.
Qarabaqinfo.az-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova “Sosial saat”da deyib
O bildirib ki, hazırda digərlərinin də ölçüləri götürülür: “Mütəmadi olaraq bunun üzərində işlər gedir. Hər bir qazi yüksək texnologiyalı protezlə təmin olunacaq. Artıq yuxarı ətrafların da protezləşməsi başlayıb, bir müddət sonra başa çatacaq”. APA