Ana Sayfa > Karusel > Ermənistanda Baş qərargah rəisini də istintaqa çağırdılar

Ermənistanda Baş qərargah rəisini də istintaqa çağırdılar


1-10-2021, 12:17. Yazar: Admin

Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Artak Davtyan keçmiş müdafiə naziri David Tonoyanın işi üzrə istintaqa çağırılıb. Bu haqda Ermənistan KİV-ləri yazır. Bildirilir ki, Davtyana qarşı ittihamın irəli sürüləcəyi istisna deyil.

Ötən gün David Tonoyanın barəsində iki aylıq həbs qətimkan qərarı verilib. O və Müdafiə Nazirliyinin podratçısı, “Patron Davo” ləqəbli David Qalstan 4.5 milyon dollarlıq mənimsəmədə ittiham olunurlar. Söhbət Ermənistan ordusunun silah-sursatla təchiz edilməsi zamanı yol verilmiş korrupsiyadan gedir. Epizodlardan birinə əsasən “Patron Davo” Ermənistan ordusuna istifadə müddəti bitmiş artilleriya mərmiləri və raketlər satıblar.

virtualaz.org


Geri dön