Ana Sayfa > Karusel / Gündəm > İran səfirliyi önündə etiraz edən gənclər polisə çağırılıb
İran səfirliyi önündə etiraz edən gənclər polisə çağırılıb1-10-2021, 11:08. Yazar: Admin |
30 sentyabr 2021-ci ildə Bakıda İran səfirliyinin önünə İran bayrağının rənglərini əks etdirən aftafaları qoyan gənclər polisə çağırılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə anews.az-a gənclərdən biri məlumat verib.
Həmin gənclər sosial şəbəkə hesablarında bu davranışlarını kiçik bir etiraz olduğunu bildiriblər.
"Bir neçə saat öncə İran Səfirliyi qabağında etdiyimiz sadə bir etiraza görə adımıza yaxmadıqları qara qalmadı. Biz bu kiçik etirazı anidən qərara almışdıq. Əslində həmdə fikirləşdik ki, bunu etməklə cəmiyyətimizdəki İrana olan nəbzi bir daha yoxlayaq", - deyə gənclərdən biri facebook hesabında paylaşım edib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirdi ki, bu barədə hazırda məlumat yoxdur, araşdırma aparılır.
Geri dön |