Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Baş Prokurorluğun əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ana Sayfa > Karusel / Siyasət > Baş Prokurorluğun əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Baş Prokurorluğun əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib


1-10-2021, 09:38. Yazar: Admin

 

Baş Prokurorluğun əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycan Prokurorluğunun yaradılmasının 102-ci ildönümü münasibətilə Baş Prokurorluğun Kollegiya üzvləri oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Qarabaginfo.az xəbər verir ki, Kollegiya üzvləri ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidlər xiyabanına gələn Kollegiya üzvləri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.


Geri dön