Ana Sayfa > Karusel / Qarabağ > Kəlbəcərin Çərəktar kəndində miskin durumlu, 8 uşaqlı bircə erməni ailə yaşayır...-VİDEO
Kəlbəcərin Çərəktar kəndində miskin durumlu, 8 uşaqlı bircə erməni ailə yaşayır...-VİDEO1-10-2021, 07:17. Yazar: Admin |
Ermənilər 44 günlük savaşdan sonra özləri yandırıb çıxdıqları evləri bir ilə yaxındır ki, bərpa edə bilmirlər...
Yolun sağında Putinin “2020-ci ilin adamı” kimi təqdim edildiyi böyük tablo görünür....
Xəbər verdiyimiz kimi, Ermənistanın News.am saytının müxbiri 4 nəfər erməni ilə bərabər Gorus-Laçın-Şuşa-Xankəndi yoluyla sərbəst şəkildə hərəkət edərək Xocavənddəki Amaras məbədini də ziyarət edib Kəlbəcər rayonunun Çərəktar və Bağlıpəyə kəndlərinədək gedib çıxıb. Müxbir səyahətlərindən bəhs edən video yayımlayıb. Videodan bəlli olur ki, Laçın rayonunun Zabux kəndindəki 1 nömrəli postdakı Rusiya hərbçiləri yalnız “Biz 5 nəfərik, Stepanakertə - evimizə gedirik” deyən sürücünün sənədinə ötəri, gözucu baxmaqla “sağ olun” deyib avtomobili irəli –Azərbaycan torpaqlarına buraxır(bax://moderator.az/qarabagh/395577/rusiya-herbcileri-lacinda-qarabaa-geden-ermeni-masinlarini-bele-deqiq-yoxlayir-video/ ).
Moderator.az bu dəfə həmin videonun şərhinin ardını təqdim edir.
... Xankəndinin küçələri, evlərin çoxu bərbad vəziyyətdədir. Qaşqabaqlı erməni qadın və kişiləri görünür...
Erməni müxbir və yoldaşları Xankəndindən Şuşikənd –Qırmızı bazar yolu ilə Xocavənd rayonunun Sos kəndi ərazisindəki Amaras məbədinə tərəf yollanırlar. Xankəndinin Şuşikənd istiqamətindəki çıxışında, yolun sağında Putinin “2020-ci ilin adamı” kimi təqdim edildiyi böyük tablo görünür. Yolboyu kəndlərdə miskin durumdakı ermənilər gözə çarpır.
Xocalı rayonunun Dağyurd(“Saruşen”) kəndindəki qoca ermənilər hər tərəfdən Azərbaycan postlarıyla əhatə olunduqlarından şikayətlənirlər...
Qarşısında Rusiya hərbçilərinin postu olan Amaras məbədini də rahat ziyarət etdikdən sonra erməni səyahətçilər Xocavənd rayon mərkəzinə yollanırlar. Şəhərin girişində terrorçu Monte Melkonyanın böyük tablosu görünür...
Daha sonra onlar Kəlbəcər rayonunun Rusiya hərbçilərinin nəzarətində olan kəndlərinə tərəfə gedirlər. Yayıcı kəndi yaxınlığındakı Ermənistanın “Beyz Metalz” şirkətinin mis, molibden və s. istehsal edən Kaşen dağ-mədən müəssisəsinin böyük binalarının yanından keçirlər...
Son məntəqələri Kəlbəcər rayonunun əvvəllər yalnız Azərbaycan türklərinin yaşadığı Çərəktar kəndi olur. Məlum olur ki, bu kənddə çox miskin durumda 8 uşaqlı yalnız bir erməni ailəsi yaşayır... Erməni qadın vəziyyətlərindən doyunca şikayətlənir...
“Çərəktarda dayanırıq, digər tərəfdə artıq Azərbaycan postu var. Kənddə tək bir ailə üçün Azərbaycan postlarıyla üzbəüz, hərbçilərin böyük video-kameralarının daimi nəzarəti altında yaşamaq asan deyil... Kiçiklərinin 4 yaşı olan ailə dağın ətəyində Azərbaycan əsgərləri ilə eyni mənbədən su götürür... Kənddə nə başqa bir sakin, nə məktəb, nə də mağaza var”- erməni müxbir belə yazır.
Sonda ermənilər irəli getsələr də, “Nor-Erkec” yazılmış göstəricidən sonra irəlidə Azəbaycan əsgərlərini və bayrağını görüb geri qayıdırlar... “Nor-Erkec” əslində Kəlbəcərin işğaldan azad edilmiş Bağlıpəyə kəndidir...
Xatırladaq ki, 10 noyabr razılaşmasına əsasən Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar verildikdən sonra ermənilər Çərəktar kəndinin də əldən çıxacağını zənn edərək evlərini yandırıb oranı tərk ediblər. Lakin sonradan kəndin “rəhbəri” deyib ki, sözügedən kənd və Umudlu kəndi ermənilərin nəzarətində qalacaq. Kənd sakinləri bundan son anda, yəni artıq evləri yandırıb çıxdıqdan sonra xəbər tutublar və şoka düşüblər...
Hazırda separatçı rejim kənddəki evləri aylardır bərpa etməyə çalışsa da, maliyyə yoxluğu ucbatından işləri tamam yarımçıq qalıb...
Geri dön |