Ana Sayfa > Karusel / Region > İranda zəlzələ baş verib
İranda zəlzələ baş verib1-10-2021, 07:09. Yazar: Admin |
İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Zəlzələ Qrinviç vaxtı ilə saat 01:15-də (Bakı vaxtı ilə saat 05:15) qeydə alınıb. Yeraltı təkanların episentri eyniadlı nüvə stansiyasının yerləşdiyi Buşəhr şəhərindən 95 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində tələfat və ya dağıntılar barədə məlumat verilməyib. Geri dön |