Ana Sayfa > Karusel / Siyasət > Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib

Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib


1-10-2021, 07:02. Yazar: Admin

Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Qarabaginfo.az xəbər verir ki, verilən açıqlamaya görə iclasda qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, Şərqi Aralıq dənizindəki proseslər müzakirə olunub.

Bildirilir ki, Türkiyə hər bir beynəlxalq məsələdə olduğu kimi, qlobal iqlim dəyişikliyi məsələsində də üzərinə düşənləri edəcək.

Əfqanıstan məsələsində beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət etmək və humanitar böhranın öhdəsindən gəlməkdə səmimiyyətlə məsuliyyət daşımaq çağırışı edilib.

Diqqətə çatdırılıb ki, Yunanıstanın və Cənubi Kıpr rəhbərliyinin birtərəfli hərəkətlərinin dəstəklənməsi bölgədəki anlaşılmazlıqları daha da dərinləşdirir.

Vurğulanıb ki, Suriyada mülki vətəndaşları hədəf alan və sabitliyə zərər verən hərəkətlər bölgədə vəziyyətin nizamlanmasına da zərər gətirir.(Apa)


Geri dön