Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndlərin ümumi sayı 8,5 milyon dozanı ötüb

Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndlərin ümumi sayı 8,5 milyon dozanı ötüb


30-09-2021, 19:31. Yazar: Admin

Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndlərin ümumi sayı 8,5 milyon dozanı ötüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 676 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 517, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 159 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 554 628, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 762 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 792 396 təşkil edir.


Geri dön