Ana Sayfa > Karusel / Gündəm > Yollarda salfet satıb pul istəyən uşaqlardan böyüyəndə bunu başqa cür istəyəcəklər” - Deputat

Yollarda salfet satıb pul istəyən uşaqlardan böyüyəndə bunu başqa cür istəyəcəklər” - Deputat


30-09-2021, 16:20. Yazar: Admin

Deputat Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında valideyn himayəsindən məhrum edilməsi məsələsindən danışıb.

 

Qarabaginfo.az xəbər verir ki, deputat valideyn himayəsindən məhrum olan uşaqların sayının on minlərlə olduğunu söyləyib:

 

"Onların taleyinə biganə yanaşmağı qəbul etmirəm. Onların sayının azaldılması istiqamətində ciddi işlər görülməlidir: Bu gün o uşaqlar salfeti uzadıb xahiş minnətlə pul istəyirlərsə, böyüyəndən sonra bunu artıq başqa cür istəyəcəklər”.

 

Ə. Məsimli şəhid olanların çoxunun ailəsinin də aztəminatlı ailələr olduğunu qeyd edib. O təklif edib ki, Anım Günündən Zəfər gününə qədər olan müddətdə aztəminatlı ailələrin şəhid övladlarının da adına bulaqlar açılsın, onların xatirəsi əbədiləşdirilsin"


Geri dön