Ana Sayfa > Karusel / Gündəm > İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə başlayır

İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə başlayır


30-09-2021, 14:15. Yazar: Admin
İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə başlayır
İranın Quru Qoşunları ölkənin şimal-qərbində Azərbaycanla sərhəd bölgələrdə irimiqyaslı hərbi təlimlərə başlayır.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
 
İran Quru Qoşunlarının komandanı general Kyumərs Heydərinin sözlərinə görə, təlimlər oktyabrın 1-i başlayacaq.
 
Təlimlərə zirehli bölmələr, artilleriya, pilotsuz uçuş aparatları və helikopterlər cəlb olunacaq. 
 
Heydərinin sözlərinə görə, hərbi təlimlər əvvəlcədən hazırlanmış proqram əsasında ölkənin bu bölgəsində və digər vilayətlərində keçirilir. O bildirib ki, təlimlərin keçirilməsində məqsəd İranın silah və texnikalarının sınaqdan keçirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin qiymətləndirilməsidir.

Geri dön