Ana Sayfa > Karusel / Gündəm > Gorus-Qafan yolundan yeni xəbərlər var - Ermənilər NARAHATDIR
Gorus-Qafan yolundan yeni xəbərlər var - Ermənilər NARAHATDIR30-09-2021, 12:26. Yazar: Admin |
Ermənistan Milli Təhlükəsizlik Xidməti Gorus-Qafan yolunun Şahverdilər kəndi (ermənilər Vorotan adlandırırlar) hissəsindən keçən maşınları dayandırır, bir konvoy təşkil edir, bundan sonra yalnız rus sülhməramlılarının müşayiəti ilə maşınlar irəli gedir.
O, İran yük maşınlarının yolda yığılmağa davam etdiyini də vurğulayıb: "İndi (dünən-red.) təxminən 20 belə maşın var".
Xatırladaq ki, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Zəngəzur bölgəsində yerləşən Şahverdilər və Şurnuxu kəndlərinin bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb. Nəticədə həm də ərazidən keçən Gorus-Qafan yolunun 21 km-lik hissəsinə nəzarət də Azərbaycana keçib. Bu ilin sentyabrında isə Azərbaycan tərəfi haqlı olaraq Gorus-Qafan yolunun Şahverdilər kəndi ərazisindən keçən hissəsində polis postu quraraq, Ermənistana yük daşıyan İran maşınlarını dayandırıb yoxlamağa və gömrükhaqqı tələb etməyə başlayıb. Bu tədbirlər nəticəsində həm də Gorus-Qafan yolu ilə Xankəndiyə qanunsuz yükdaşımalarına son qoyulub. Geri dön |