Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan qanunlarından "Dağlıq Qarabağ" ifadəsinin çıxarılması təklif edilir

Azərbaycan qanunlarından "Dağlıq Qarabağ" ifadəsinin çıxarılması təklif edilir


30-09-2021, 11:54. Yazar: Admin

 

Zahid Oruc: İrəvanda, Göyçədə, Zəngəzurda Azərbaycan irsini tanıtdırmaq imkanımız böyükdür - "İki sahil"

“Böyük qayıdışa dair parlamentin üzərinə düşən mühüm vəzifələr var. Bizim Konstitusiyamızda Dağlıq Qarabağ ifadəsi yoxdur. Ancaq müvafiq qanunlar var ki, orada bu ifadə var. Onların dəyişdirilməsi əhəmiyyətlidir”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, parlament azad edilmiş ərazilərdə xidmət aparan şəxslərin sosial durumuna yenidən baxa bilər: “Xahiş edirəm ki, bu məsələ nəzərə alınsın”.


Geri dön