Ana Sayfa > Karusel / Region > Suren Papikyan İranın Ermənistandakı səfiri ilə görüşdü: Gorus-Qafan yolundakı vəziyyət müzakirə olundu
Suren Papikyan İranın Ermənistandakı səfiri ilə görüşdü: Gorus-Qafan yolundakı vəziyyət müzakirə olundu29-09-2021, 23:16. Yazar: Admin |
Suren Papikyan İranın Ermənistandakı səfiri ilə görüşüb. Qarabaginfo.az erməni mediasına istinadən bildirir ki, Ermənistan Baş nazirinin müavini Abbas Bədəxşan Zoxuri ilə söhbətində İranın bölgədə sabitlik və sülhün bərqərar olması ilə bağlı rəsmi mövqeyini yüksək qiymətləndirib. Tərəflər Gorus-Qafan avtomobil yolundakı vəziyyəti müzakirə ediblər. Baş nazirin müavini bildirib ki, alternativ yolların tikintisi hökumət üçün prioritetdir. Ermənistan Tatev-Qafan yolunu noyabrın sonuna qədər tamamlamağı planlaşdırır, Tatev-Ltsen yolunun tikintisinə başlanılıb, bu yol yük maşınlarının aşırımlardan yan keçməsinə imkan verəcək.(Konkret.az) Geri dön |