Ana Sayfa > Karusel / Siyasət > Ukrayna və Türkiyə Bayraktar xidmət mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb

Ukrayna və Türkiyə Bayraktar xidmət mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb


29-09-2021, 20:25. Yazar: Admin

 

Ukrayna və Türkiyə Bayraktar xidmət mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb

Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "Baykar Savunma" şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Vasilki yaxınlığında inşa ediləcək mərkəz Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarına xidmət göstərməklə yanaşı, işçilərə təlim keçmək üçün nəzərdə tutulub.

Sənədi Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə müdafiə naziri Andriy Taran, Türkiyəni isə "Baykar Savunma"nın baş direktoru Haluk Bayraktar imzalayıb.(Report)


Geri dön