Ana Sayfa > Karusel / Siyasət > Rusiya MSK Lavrov və Şoyqunun deputat mandatından imtina etdiklərini açıqlayıb
Rusiya MSK Lavrov və Şoyqunun deputat mandatından imtina etdiklərini açıqlayıb29-09-2021, 14:35. Yazar: Admin |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri, ordu generalı Sergey Şoyqu deputat mandatından imtina ediblər. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) qərar layihəsində qeyd olunub. Bildirilib ki, sentyabrın 19-da VIII çağırış Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” partiyasının siyahısında ilk beşlikdə yer alan S. Lavrov və S. Şoyqu deputat mandatını qəbul etməyiblər. “Vahid Rusiya” partiyasının siyahısına liderlik edən Kommunarkadakı xəstəxananın baş həkimi Denis Protsenko və “İstedad və uğur” fondunun rəhbəri Yelena Şmelova da deputat mandatından imtina ediblər. İlk beşlikdə olanlardan yalnız uşaq ombudsmanı Anna Kuznetsova Dövlət Dumasına gedib. Geri dön |