Ana Sayfa > Karusel / Siyasət > Putin Ərdoğanla görüş öncəsi özünütəcrid rejimindən çıxıb
Putin Ərdoğanla görüş öncəsi özünütəcrid rejimindən çıxıb29-09-2021, 14:22. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Əlbəttə ki, bu cür təmaslardan əvvəl müvafiq xidmətlər tərəfindən məlumat mübadiləsi aparılır və bütün lazımi tədbirlər görülür. Özünütəcrid rejimindən çıxmağa gəlincə, faktiki olaraq, bəli. Bu, artıq özünütəcrid deyil", - deyə D. Peskov vurğulayıb. Qeyd edək ki, Vladimir Putin ətrafındakı yaxın insanlar arasında koronavirusa yoluxma hallarının çox olması səbəbindən sentyabrın 14-dən özünütəcrid rejiminə keçib. Bu müddət ərzində Rusiya lideri görüşlərini ancaq onlayn rejimdə keçirib.(Apa) Geri dön |