Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçiriləcək
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçiriləcək29-09-2021, 12:49. Yazar: Admin |
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı oktyabrın 8-də keçiriləcək. Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Azərbaycan gənclərinin cəmiyyətdə layiqli yer tutmasını, onların dövlət idarəetməsində yaxından iştirak etməsini təmin edən və Azərbayсan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə 31.05.2021-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi 30.09.2021-ci il tarixdə saat 18:00-da başa çatdırılacaq. Geri dön |