Ana Sayfa > Karusel / Region > Tanışını bıçaqlayıb polisə təslim oldu

Tanışını bıçaqlayıb polisə təslim oldu


28-09-2021, 17:45. Yazar: Admin
Tanışını bıçaqlayıb polisə təslim oldu

 

Sentyabrın 25-də rayon sakini Teymur Mustafayevin bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğunda məlumat daxil olub.

Xaçmaz Rayon Prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, zərərşəkmişin tanışı Neman Rəhmətullayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Mustafayevi bıçaqla 5 zərbə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Sentyabrın 26-da Neman Rəhmətullayev könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Rəsmi məlumata görə, hazırda iş üzrə istintaq davam edir.


Geri dön