Ana Sayfa > Karusel / Gündəm > “Buna dözməyəcəyik…” – İran XİN İlham Əliyevin tənqidlərinə cavab verdi

“Buna dözməyəcəyik…” – İran XİN İlham Əliyevin tənqidlərinə cavab verdi


28-09-2021, 17:06. Yazar: Admin

Iran xeberdarliq etdi: Bizi tehdidlerinizle sinamayin

İran XİN Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Tehranı sərt tənqid etməsi və iradlarına münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ölkəsinin şimal-qərb sərhəd bölgələrində təlimlərin keçirilməsinin bütün regionda sülhə və sabitliyinə xidmət etdiyini vurğulayıb:

“İslam Respublikası öz sərhədləri yaxınlığında sionist rejimin (İsrail – red.) varlığına dözməyəcək və təhlükəsizlik tədbiri olaraq lazım bildiyi hər şeyi şeyi edir”.

Bu gün keçirtdiyi brifinqdə Səid Xətibzadə Azərbaycan Prezidentinin Anadolu agentliyinə verdiyi geniş müsahibədə rəsmi Tehrana qarşı iradlarına dair sualları da cavablandırıb:

“İki ölkə arasında yaxşı və qarşılıqlı ehtirama əsaslanan münasibətlər, dövlətlər arasında normal ortaq ünsiyyət yolları mövcud olsa da və iki tərəfin münasibətləri ən yüksək səviyyədədir, iradları bu şəkildə ifadə etmək təəccüblüdür”.

XİN-in sözçüsü əlavə edib: “Bu və digər əlaqəli məsələlərdə iki xarici işlər nazirinin Nyu-Yorkda, BMT Baş Assambleyasının son sessiyası çərçivəsində keçirilən görüşdə ciddi və ətraflı məsləhətləşmələr aparılıb və razılaşma əldə edilib. Həmin danışıqlar uyğun kontekstdə danışıqları davam etmək üçün münasibdir”.

Səid Xətibzadə daha sonra qeyd edib:

“İran İslam Respublikası hər zaman hər hansı bir ərazi işğalına qarşı olduğunu bəyan edib, ölkələrin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, mehriban qonşuluq siyasəti yürütmə bütün qonşuların izləməli olduğu ən vacib məsələlərdən biridir”.

Xarici İşlər Nazirliyinin sözçüsü İranın şimal-qərb sərhəd bölgələrində keçirilən hərbi təlimlər məsələsinə də toxunub:”Bu bir idarəçilik məsələsidir və bütün bölgənin sülhü və sabitliyi üçün edilir. Əlbəttə, aydındır ki, İran İslam Respublikası sionist rejimin öz sərhədlərinə yaxın olmasına dözməyəcək və milli təhlükəsizliyi üçün zəruri hesab etdiyi istənilən addımı atacaq”.

yenisabah.az


Geri dön