Ana Sayfa > Karusel / Sosial > Avropada qazın qiyməti 1 000 dolları ötüb

Avropada qazın qiyməti 1 000 dolları ötüb


28-09-2021, 11:05. Yazar: Admin

Avropada qazın qiyməti 1 000 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 000 ABŞ dolları ötüb.

Bu barədə Qarabaqinfo.az-a birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 28 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti 1 030 dollara yaxınlaşıb. Hərracların açıldığı vaxt bu göstərici 992 dollara yaxın idi.

Xatırladaq ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Bir ay əvvəl TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti 500 dolları üstələyirdi.


Geri dön