Ana Sayfa > Karusel / Gündəm > DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT


28-09-2021, 11:03. Yazar: Admin
DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Bu barədə Qarabaginfo.az-a İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O, yağışlı hava şəraiti ilə əlaqədar sürücülərdən yollarda diqqətli olmasını xahiş edib: “Sürücülər yağışın əmələ gətirdiyi gölməçələrdən keçərkən piyadaları nəzərə alsınlar. Bu, paytaxtımızda insanların daha çox narazılıq bildirdiyi məsələlərdən biridir. Artıq yay fəsli bitib, payız fəslidir. Buna görə də silgəcləri bir daha gözdən keçirsinlər. Çünki yağışlı havada görmədə məhdudiyyətin yaranması ən önəmli faktorlardan biridir. Təkərləri dəyişmək vaxtı da yaxınlaşıb. Sürüşmənin qarşısını almaq üçün nəqliyyat vasitələrinin texniki sazlıqlarına diqqət yetirsinlər. Günün pik saatlarında hərəkətdə olarkən diqqətli olsunlar, piyadaların qəfil yola çıxması halları yaşana bilər”.

“Hər bir sürücü hava şəraitinə uyğun olaraq hərəkət sürətini aşağı salmalıdır. Bu barədə “Yol Hərəkəti Haqqında Qanun”da da qeyd olunub. 110 km/saat yolda vacib deyil ki, maksimum sürətdə gedilsin. Şəhərdə müəyyən yerlərdə tablo var, ancaq rayonlararası yerlərdə tablo yoxdur. Ona görə də, sürücülər bu məsələyə xüsusi diqqət etməlidir”, – A.Əsgərli bildirib.

 


Geri dön