Ana Sayfa > Karusel / Siyasət > Ərdoğanın müşaviri: “Qarabağ Zəfəri Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi”

Ərdoğanın müşaviri: “Qarabağ Zəfəri Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi”


28-09-2021, 08:05. Yazar: Admin

 

Ərdoğanın müşaviri: “Qarabağ Zəfəri Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi”
Mesut Hakkı Caşın

"Beynəlxalq hüquq çərçivəsindən kənara çıxaraq dünya birliyinin böyük əksəriyyəti tərəfindən həll yolu uzadılan Qarabağ problemi qəhrəman Azərbaycan Ordusu cəsurluğu ilə hüququn ört-basdır edilməsinin qarşısını aldı".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri "Report"un Türkiyə bürosuna eksklüziv açıqlamasında Türkiyə Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri, siyasət və beynəlxalq təhlükəsizlik strategiyası üzrə ekspert, professor Mesut Hakkı Caşın bildirib.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun uzun illər ərzində yararsız fəaliyyəti Qarabağ məsələsi üçün alternativ həll yolu buraxmayıb:

"Qəhrəman Azərbaycan Ordusunun ikinci Qarabağ müharibəsindəki Zəfəri Ermənistanda ordunun əbəs yerə şişirdilən silahlı dəstələrdən ibarət olduğunu sübut etdi".

Mesut Hakkı Caşın Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətlərinə də toxunub: "Beynəlxalq hüquqa hörmətsiz yanaşan Ermənistan eyni zamanda müharibə cinayətləri törətməklə də öz mahiyyətini ortaya qoydu. Sadə vətəndaşları bombardman edən bu işğal dövləti həm də terrorçu kimi tanındı.

Hesab edirəm ki, Azərbaycan həm siyasi, diplomatik, hərbi, mənəvi, psixoloji, həm də iqtisadi cəhətdən gücləndi. Qafqaz regionunun və türk dünyasının gələcəyini istiqamətləndirən bu şanlı Zəfər həm də Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi. PUA-lardan, ən müasir texnologiyalı silahlardan mahiranə istifadə edən modern Azərbaycan Ordusu ölkə rəhbərliyinin siyasi iradəsi ilə möhtəşəm ahəng yaratdı".

Türkiyə Prezidentinin müşaviri ötən ilin bu günü başlayan Vətən müharibəsinin Azərbaycan-Türkiyə qardaşlığı baxımından da xarakterizə edərək, bəzi dövlətlərin, xarici qüvvələrin gücünü və təsir dairəsini zəiflətdiyini də vurğulayıb.


Geri dön