Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri erməni bloger Baqramyan səsləndirib:
“Biz reallığı fərqli şəkildə qəbul edir, gələcəyi fərqli şəkildə görürük. Ancaq bir məsələdə həmrəy olmalıyıq, bir -birimizdən asılı olmalıyıq və bir -birimizə dəstək durmalıyıq. Birlikdə güclənməli və ümumi evimizi – Ermənistanı gücləndirməliyik. Bunu daha əvvəl anlaya bilərdik, ancaq 27 sentyabrda dərk etdik” – deyə bloger vurğulayıb.
Baqramyan əlavə edib ki, bu gün həm bizim, həm də gələcək nəsillərimiz üçün təkcə yeni Ermənistanın deyil, həm də yeni erməniliyin başlanğıcı olmalıdır.(Konkret.az)