Ana Sayfa > Karusel / Region > Qarabağda sülhə nail olmağın yeganə yolu budur – Trofimçukdan İLGİNC AÇIQLAMA

Qarabağda sülhə nail olmağın yeganə yolu budur – Trofimçukdan İLGİNC AÇIQLAMA


27-09-2021, 19:59. Yazar: Admin
Qarabağda sülhə nail olmağın yeganə yolu budur – Trofimçukdan İLGİNC AÇIQLAMA
sharethis sharing button

“Qarabağ ətrafında sülhə gedən yol üçtərəfli razılaşmadan keçir”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə erməni politoloq  Qriqori Trofimçuk müharibənin ildönümü ilə bağlı çıxışında fikir səsləndirib:

“Azərbaycan bu gün “payız” müharibəsinin başlanmasını xatırlayır. Amma bir çoxları onu fərqli adlandırır. Azərbaycanlılar isə bu müharibəni birmənalı olaraq  “Vətən” müharibəsi adlandırırlar. Bunun üçün onların bir səbəbi var. Amma qələbənin özü bir az sonra, yəni 2020 -ci ilin noyabrında olacaqdı” – deyə ekspert vurğulayıb.

Analitik onu da əlavə edib ki, ən vacib məqam müharibənin davamının olmamasıdır:

“Qarabağ ətrafında sülhə aparan yolun yeganə təminatı Rusiya, Azərbaycan və Ermənistanın ötən iin 10 noyabr tarixində imzaladığı üçtərəfli bəyanatıdır. O gecədən hələ bir il keçməyib. Amma bu müqavilənin əsas məqamlarına edilən təzyiqi görə bilərik”- deyə Trofimçuk fikirlərini yekunlaşdırıb.(Konkret)


Geri dön