AŞPA-nın avstriyalı deputatı Stefan Şennak "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda aparılan müzakirələr zamanı Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb.
Qarabaginfo.az xəbər verir ki, deputat bunları deyib: “Biz Ermənistanı mina xəritələrini geri verməyə çağırırıq. Sazişdən sonra xeyli vaxt keçsə də, biz minaların mülki şəxsləri öldürməyə davam etdiyinin şahidi oluruq".
Stefan Şennak, həmçinin tərəfləri əsirlərin mübadiləsinə də çağırıb.(Apa)