Ana Sayfa > Karusel / Siyasət > Çavuşoğlu: “Azərbaycanın regional əməkdaşlığa dair təklifindən bütün dövlətlər qazanclı çıxacaq”

Çavuşoğlu: “Azərbaycanın regional əməkdaşlığa dair təklifindən bütün dövlətlər qazanclı çıxacaq”


27-09-2021, 12:44. Yazar: Admin

 

Çavuşoğlu Lozan'ı hedef aldı: Okullarda bize başarı öyküsü diye anlattılar!

“Qarabağın sülh və inkişafla anılmasını istəyirik”.

Qarabaqinfo.az-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib

Türkiyə XİN rəhbəri bildirib ki, artıq regionda vəziyyət normallaşmalıdır.

“Regional əməkdaşlığa dair yeni fürsətlər yaranıb. Bu istiqamətdə Azərbaycanın əhəmiyyətli təklifləri olub. Hər kəsin qazanclı çıxacağı bu fürsətləri bütün ölkələrin dəyərləndirməsini arzulayırıq”, - deyə M. Çavuşoğlu vurğulayıb.


Geri dön