Ana Sayfa > Karusel / Siyasət > BMT bəşəriyyətin nüvə silahı ilə məhv olma riski haqqında xəbərdarlıq edib

BMT bəşəriyyətin nüvə silahı ilə məhv olma riski haqqında xəbərdarlıq edib


26-09-2021, 15:59. Yazar: Admin

BMT bəşəriyyətin nüvə silahı ilə məhv olma riski haqqında xəbərdarlıq edib

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, dünya hələ də nüvə silahları ilə məhv edilməyə yaxındır.

Qarabaginfo.az-ın məlumatına görə, Quterreş bu barədə Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, planetdə təxminən 14 min ədəd belə silah saxlanılır.

BMT-nin baş katibi, fəlakətdən qaçmaq üçün bu problemin həllində konstruktiv tədbirlərə keçid üçün çağırış edib:

"Nüvə münaqişəsi buludlarını əbədi olaraq dağıtmağın vaxtı gəlib. Dünyamızı nüvə silahlarından qurtarın və yeni bir inam və sülh dövrünə başlayın”.


Geri dön