Ana Sayfa > Karusel / Region / Hadisə > Zaqatalada sel bir nəfərin ölümünə səbəb olub

Zaqatalada sel bir nəfərin ölümünə səbəb olub


25-09-2021, 16:30. Yazar: Admin

Daha bir ölkədə sel fəlakəti - 28 ölü » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı


Zaqatala rayonunda qeydə alınmış sel bir nəfərin ölümünə səbəb olub.

Qarabaqinfo.az-nın  məlumatına görə, sentyabr ayının 22-si axşam saatlarından sentyabrın 25-i günorta saatlarına kimi ölkənin şimal-qərb bölgəsini əhatə edən Balakən və Zaqatala rayonları ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Rayonlara sentyabrın 23-ü gecə saatlarında leysan yağışları yağıb. Leysan yağışları nəticəsində Balakən, Katex, Tala və digər çaylarda suyun səviyyəsi qalxıb.Sentyabrın 23-ü gecə saatlarında çaylardan bir-neçə saat ərazində sel keçib. Sel nəticəsində Balakən və Zaqatala rayonlarında ümumilikdə 700-ə yaxın evin həyətyanı sahəsini və evlərin birinci mərtəbəsini sel suları dolub, hektarlarla əkin sahələrinə və fındıq bağlarına sel suları dolub. Elektrik və rabitə sisteminə ziyan dəyib.

Bundan başqa, Zaqatala rayonunun Qəbizdərə kənd sakini, 1968-ci il təvəllüdlü Abdulbari Müslüm oğlu Abdulxalıqov Katex çayını keçməklə Balakən rayonunun Katex kəndi ərazisinə getmək istəyərkən sel sularında boğularaq ölüb.

Tala çayından sel keçməsi nəticəsində Zaqatala rayonunun 17 min əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərinin içməli su xətti sıradan çıxıb. APA


Geri dön