Ana Sayfa > Karusel / Hadisə > DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib

DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib


25-09-2021, 10:44. Yazar: Admin

DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib

Sosial şəbəkələrdə video-görüntülərdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı yayılan məlumatlar yalandır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Qarabaginfo.az-a açıqlamasında bildirib ki, polislər vətəndaşı döyməyiblər: “Vətəndaş küçədə özünə və ətrafdakılara xəsarət yetirməyə cəhd edərkən polis əməkdaşları ona mane olmağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan video-görüntüdə polis əməkdaşlarının sürücünü məktəbli övladlarının gözü qarşısında döydüyü iddia olunur.


Geri dön