Ana Sayfa > Karusel / Siyasət > Saziş pozuldu: Ankara 9 adanı tələb edə bilər? - Professor

Saziş pozuldu: Ankara 9 adanı tələb edə bilər? - Professor


25-09-2021, 07:52. Yazar: Admin


Egey dənizinin şimalında yerləşən Raşoz, Semadirek, Limni, Midilli, Saqqız, Sisam, Ahikerya, İpsara və Bozbada adalarına Yunanıstanın hərbi qüvvələrini yerləşdirməsi Lozanna müqaviləsinin 13-cü maddəsinin kobud şəkildə pozulması deməkdir. Belə olduqda Türkiyə müqaviləni imzalayan digər ölkələrə öz etirazını bildirməli və yeni müqavilənin imzalanmasını tələb etməlidir.
 

Qarabaginfo.az xəbər verir ki, bunu Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində baş verən gərginlik fonunda rəsmi Afinanın Egey dənizinin şimalında yerləşən adaları silahlandırması haqda danışarkən deyib.

O bildirib ki, Egey dənizində olan adaların hüquqi statusu 1914-cü ildə altı böyük dövlətin qərarı və 1923-cü ildə Lozanna müqaviləsi ilə müəyyən edilib:

“Bu mənada bu gün Yunanıstanın adı çəkilən adaları hərbiləşdirməsi məsələsinə yenə bu dövlətlər baxmalıdır. Türkiyə məsələ ilə bağlı etirazını bildirməlidir. Düzdür, bu etiraza baxılıb-baxılmaması nə dərəcədə realdır - demək çətindir, ancaq nəticə etibarilə bu, Türkiyənin haqqıdır.

Məsələ ondadır ki, Yunanıstana Şimali Egey dənizində adalar üzərində suverenlik hüququ deyil, sadəcə, istifadə etmək haqqı verilib. Burada söhbət suverenlik deyil, sahiblik hüququndan gedə bilər. Yəni rəsmi Afinanın riayət etməli olduğu qaydalar var.

Lakin bununla belə düşünmürəm ki, Türkiyə bu adaların yenidən bölünməsini təklif edə bilər. Çünki ölkələrin qanuni ərazilərinin dəyişməsi çətin prosesdir və bu, digər dövlətlər üçün də pis örnək ola bilər”.


Geri dön