Ana Sayfa > Karusel / Siyasət / Region > Ərdoğanla Putin böyük razılaşmaya gedir - iki prezidentin görüşü regionun taleyini dəyişəcək

Ərdoğanla Putin böyük razılaşmaya gedir - iki prezidentin görüşü regionun taleyini dəyişəcək


24-09-2021, 23:59. Yazar: Admin

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-da türkiyəli jurnalistlərə müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə bağlı isti fikirlər səsləndirib: “Əgər cənab Vladimir Putin dövlət xadimi keyfiyyətlərini tam mənasında ortaya qoymasaydı, Azərbaycandan Türkiyəyə yol çəkilməzdi. Putin dövlət xadimi kimi tam mənasında və qərarlı şəkildə keyfiyyətlərini nümayiş etdirdiyinə görə müsbət şəkildə öz ərazimizə çıxmaq şansı əldə etdik. Hazırda Azərbaycanda gərgin fəaliyyətimiz davam edir. Məsələn, cənab Prezident İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür. Çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik”.

Türkiyə lideri onu da qeyd edib ki, İğdırdan Azərbaycana (Naxçıvana) yol çəkiləcək: "Bura dəmir yol xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq".

Əliyev, Erdoğan və Putin Dünya Enerji Konqresində - şəkillərdə - BBC News Azərbaycanca

Qeyd edək ki, sentyabrın 29-da Türkiyə Prezidentinin Moskvaya rəsmi səfəri baş tutacaq. Səfərdən bir neçə gün öncə Ərdoğan Krımın Rusiya tərəfindən ilhaqını pisləyən fikirlərlə çıxış etmişdi. Rəsmi Kreml onun fikirlərinə münasibət bildirib. ABŞ-da səsləndirdiyi sözlərlə Türkiyə Prezidenti Putinlə görüş ərəfəsində Moskvaya hansı mesajı vermək istəyir? Söhbət həm də Zəngəzur dəhlizinin açılmasındanmı gedir?

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Ərdoğanın bu açıqlamalarını məhz ABŞ səfərinin sonunda elə Amerika torpaqlarından verməsi təsadüfi deyildi: “Bu, həm Putinlə görüşə hazırıq, həm də görüşün gündəliyinin nədən ibarət olacağını anlamağa imkan verir. Ərdoğan Amerika torpaqlarında Baydenlə münasibətlərinin ABŞ-ın əvvəlki prezidentləri ilə müqayisədə yaxşı başlamadığını, onun Suriyada terrorçulara silah-sursat göndərdiyinə laqeyd qalmayacaqlarını dedi. Vaşinqton və Ankaranın PKK-nın Suriya qolu olan PYD/YPG terrorçuları məsələsində fikir ayrılığı davam edir, bundan öncəki görüşdə də belə fikir ayrılığı var idi. Ərdoğan fikir ayrılığını Soçi səfərindən öncə elan etməklə Baydenə “Putinlə anlaşa biləcəm” mesajını, Putinə “Baydenlə anlaşmadım” mesajını verir”.

Who Was Joseph R. Biden, Sr., Joe Biden's Father?

A.Nərimanlı hesab edir ki, Soçi görüşündə əsas müzakirə mövzusu İdlib olacaq: “Lakin Ərdoğan digər məsələlərin də müzakirə ediləcəyini bildirdi. Bu məsələlər “altılıq platforması”, Ermənistanın bu platformada iştirakının təşkili, Zəngəzur dəhlizi və Qarabağla bağlı olacaq. Ankara “altılıq platformasını” Gürcüstana görə gecikdirmək istəmir və bunu “beşlik formatında” da etməyin mümkünlüyünü gündəmə gətirir. Ermənistanla danışıqların əsas mövzularından biri budur. Digər tərəfdən, mövzulardan biri də Zəngəzur dəhlizinin açılmasıdır ki, Ankaranın İrəvan qarşısında əsas şərtlərindən biri budur və Paşinyandan müsbət siqnalların gəlməsi şərtin qəbul edildiyi deməkdir. Ərdoğan-Putin görüşündə İrəvanın regional platformaya qoşulması ilə bağlı qərar veriləcək, həm də Zəngəzur dəhlizinə qarşı yaradılan əngəllər həllini tapacaq. Soçi görüşünün ən vacib məqamları arasında Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması, Qarabağda Bakının mövqeyinə uyğun addımların atılmasıdır.

Ərdoğan ABŞ-a səfər edəcək » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ərdoğanın ABŞ-da Azərbaycan Prezidentinin regionda əhəmiyyətli oyunçu olduğunu elan etməsi təsadüfi deyildi. Bu, Putinə İlham Əliyevin Türkiyə-Rusiya münasibətləri üçün vazkeçilməz şəxs olduğunu çatdırmaq və Azərbaycan Prezidentinin istəklərinin əhəmiyyətli olduğunu vurğulamaq məqsədi daşıyırdı. Fikrimcə, Ərdoğan-Putin görüşü regionun gələcəyi, o cümlədən, Qarabağda Azərbaycanı narahat edən məsələlərin həlli baxımından həlledici ola bilər”.(Musavat.com)


Geri dön