Ana Sayfa > Karusel / Region > Türkiyənin yeni PUA-sı nümayiş etdirildi

Türkiyənin yeni PUA-sı nümayiş etdirildi


24-09-2021, 23:17. Yazar: Admin

Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan "Aksungur" pilotsuz uçuş aparatı “Teknofest” – Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirilib. "Anadolu" agentliyinin verdiyi məlumata görə, PUA Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanıb.

TUSAŞ-ın baş direktorunun PUA sistemləri üzrə müavini Ömər Yıldız agentliyinə açıqlamasında bildirib ki, şirkət ilin sonuna qədər Türkiyə Silahlı Qüvvələrinə 4 ədəd "Aksungur" PUA-sı verməlidir. Onun sözlərinə görə, bu PUA 18 ay ərzində hazırlanıb və havada 50 saatdan artıq qala bilir.


Geri dön