Ana Sayfa > Karusel / Gündəm > Tuğda şərab zavodu bərpa olunacaq - Yeni mərkəzlər yaradılır

Tuğda şərab zavodu bərpa olunacaq - Yeni mərkəzlər yaradılır


24-09-2021, 12:53. Yazar: Admin

Qarabağda şərab turizmi inkişaf etdiriləcək.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Turizm Məhsulları Şöbəsinin müdiri Şərifə Həsənova məlumat verib. O bildirib ki, Qarabağ ərazisində Xocavənd rayonunun Tuğ kəndi ərazisində şərab dequstasiyası ilə bağlı mərkəzlər yaradılacaq:

 

"Tuğ ərazisində əvvəllər şərab zavodu olub və bu zavod bərpa olunacaq. Orada xındoğlu üzüm növündən hazırlanan şərablar turistlər üçün təqdim ediləcək".


Geri dön