Ana Sayfa > Karusel / Kriminal > MTN zabitlərindən 835 500 manat tələb edən şəxs kimdir?

MTN zabitlərindən 835 500 manat tələb edən şəxs kimdir?


23-09-2021, 20:56. Yazar: Admin
MTN zabitlərindən 835 500 manat tələb edən şəxs kimdir?

 

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayevlə Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovdan 835 500 manat tələb edən Mirəzli Yusifov sıradan bir şəxs deyil. 

Qarabaginfo.az xəbər verir ki, iş üzrə zərərçəkən qismində tanınan Yusifov Mirzəli Ağaəli oğlu Müdafiə Nazirliyi sistemində çalışıb. O, Nazirliyin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra polkovnik rütbəli Mirzəli Yusifov Azərbaycan Ali Hərbi Məktəbin qərargah rəisi təyin edilib. Bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov Müdafiə naziri təyin edildikdən sonra vəzifədən uzaqlaşdırılıb.

2014-cü ildə həbs edilən Mirzəli Yusifova qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb. Bir il sonra Bakı Hərbi Məhkəməsi onu bu maddə ilə təqsirli bilərək 3 il azadlıqdan məhrum edib. Lakin qısa müddətdən sonra azadlığa buraxılıb.(Qaynarinfo)


Geri dön