Ana Sayfa > Karusel / İdman > Dünya çempionatı: Azərbaycan güləşçiləri qızıl və gümüş medal qazanıblar
Dünya çempionatı: Azərbaycan güləşçiləri qızıl və gümüş medal qazanıblar23-09-2021, 19:53. Yazar: Admin |
Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmələrin dünya çempionatı keçirilib. Qarabaginfo.az xəbər verir ki, mundialda Azərbaycanı baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib. Onların hər ikisi fəxri kürsüyə qalxıb. 60 kq-da mübarizə aparan Musa Ağayev ilk görüşdə macar rəqini məğlub edib. Türkiyə güləşçisiylə mübarizədə hesab açılmayıb. Rəqibin çəkisi daha az olduğu üçün qələbə ona verilib. Ancaq 3-cü qarşılaşmada Rumıniya idmançısına heç bir şans tanımayan Ağayev adını yarımfinala yazdırıb. Bu mərhələdə Rumıniyadan olan daha bir rəqibini məyus edən Musa həlledici görüşdə türkiyəli güləşçiyə uduzaraq gümüş medalı boynundan asıb. Qeyd edək ki, millimiz 1 qızıl və 1 bürünc medalla komanda hesabında dünya 3-cüsü olub. 60 kq(Report) 70 kq Geri dön |