Ana Sayfa > Karusel / Cəmiyyət > İran özünü çox impulsiv və hətta bir qədər həyasız aparır - Qulu Məhərrəmli
İran özünü çox impulsiv və hətta bir qədər həyasız aparır - Qulu Məhərrəmli23-09-2021, 17:30. Yazar: Admin |
-Azərbaycanın Qarabağ savaşındakı uğurunu həzm edə bilmir; -açıq dəstək verdiyi Yerevanın uduzmağından məyusdur; -müsəlman dövlətləri kimi Türkiyə və Pakistanın bölgədə artan nüfuzundan narahatdır; -Rusiyanın “Zəngəzur dəhlizi”nin açılmasına tərəfdar olmasından qorxur; -özünün riyakar “islam həmrəyliyi” siyasətinin ifşa olunmasından, Azərbaycandakı “5-ci kolon”unun seyrəlməsindən pəjmürdədir; -Ərdoğan-Putin görüşündən (Soçi, 29 sentyabr) və ümumən Rusiya-Türkiyə işbirliyindən ehtiyatlanır; -Türkiyə və Ermənistan arasında yaxınlaşmanı özü üçün fəlakət sayır və s. P.S. İranın hərbi təlimlərinə cavab olaraq Türkiyə sərhədə xeyli qoşun, hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatları (PUA, “Bayraktar” və s.) yığıb. Tehranda və Təbrizdə isə İranın Ermənistana dəstəyinə qarşı kütləvi etirazlar başlayıb… (visiontv.az) Geri dön |