Ana Sayfa > Karusel / Region > Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru: “İranın Azərbaycanla sərhəddə təliminin vaxtı və yeri deyildi"
Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru: “İranın Azərbaycanla sərhəddə təliminin vaxtı və yeri deyildi"23-09-2021, 17:28. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur Ağdam rayonuna səfər zamanı Apanın yerli bürosuna açıqlamasında İranın Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərinə Bakının icazəsi olmadan yük daşıması ilə bağlı deyib. H. Uyğurun sözlərinə görə, qarşı tərəf bunun anlaşılmazlıq olduğunu bildirir: “İranlı dostlarımızın bizə söylədiyi budur ki, yanlış anlaşılma olub, belə hallar bir də təkrarlanmayacaq. Sürücülərin öz təşəbbüsləri, öz işgüzarlıqları ilə bunu etdiyi, bundan sonra təkrarlanmayacağını bildirirlər. İnşallah biz də ümid edirik ki, həqiqətən də belədir, bundan sonra İrandan Azərbaycan ərazilərinə avtomobillər qanunsuz göndərilməyəcək, yüklər daşınmayacaq, İran da özünə, müsəlman və qardaş ölkəyə yaraşan davranış göstərəcək”. İranın Azərbaycanla sərhəddə təlimlər keçirməsinə münasibət bildirən H. Uyğur deyib ki, Azərbaycana səfərlərinin bir məqsədi də məhz bu məsələlərə aydınlıq gətirilməsidir: “Bunu İran rəsmilərindən dəqiqləşdirmək, soruşmaq lazımdır. Bilirsiniz, bəzən media üzərindən təmaslar yanlış anlaşılmalara səbəb olur. İran mediasında bizim əleyhimizə çox məlumatlar yayılır. İranda Türkiyə-Azərbaycan işbirliyindən çox narahat olan qruplar var. Azərbaycan, Türkiyə və Pakistanın iştirakı ilə Azərbaycanda keçirilən təlimlər İranda bəzi dairələrin etirazına səbəb oldu. Halbuki bu, İran əleyhinə təlimlər deyil. Təəssüf ki, İranda buna çox həssas yanaşan dairələr var. Bunların hamısı müzakirə olundu. İranda sərt mövqe tərəfdarı, türk allergiyası olan dairələr var. Bəlkə onların da təsiri ilə “Biz də buradayıq, biz də təlim keçirib, güclü olduğumuzu göstərək” kimi mesaj verirlər. Lakin bunlara heç bir ehtiyac yoxdur. Biz onsuz da İranın güclü dövlət olduğunu bilirik, bu təlimlərin yeri və vaxtı deyildi. Amma təbii ki, İran sərbəst və suveren ölkədir. İstədiyi vaxt ölkənin istənilən yerində təlim keçirməsində bir narahatlıq yoxdur”. O, Qarabağ müharibəsində İran tərəfinin atdığı yaraşmayan addımlara Türkiyədə ən sərt cavab verdiklərini də xatırladıb: “Allah qorusun, oxşar hallar təkrarlanarsa, eyni şəkildə də cavab verəcəyik”. Geri dön |