Ana Sayfa > Karusel / Cəmiyyət > Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər


22-09-2018, 16:40. Yazar: Admin

 

 

Bu gün Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirib.

"Qarabaginfo" xəbər verir ki, bu barədə “Report.az”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Respublikamızda ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilərək genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılması, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə aksiyası keçirib.

Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində yarımadanın iqlim şəraitinə uyğun beş yüzdən artıq müxtəlif növ ağaclar əkilib, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.

Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. 


Geri dön