Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda daha 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər ölüb
Azərbaycanda daha 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər ölüb23-09-2021, 16:39. Yazar: Admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 178 yeni yoluxma faktı qeydə alınıb, 2 322 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 477 587 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 444 053 nəfər müalicə olunaraq sağalıb, 6 394 nəfər vəfat edib. 27 140 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 331, bu günə qədər isə ümumilikdə 4 790 724 test icra olunub. Geri dön |