Ana Sayfa > Karusel / Cəmiyyət > Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkən sakinlərlə növbəti görüş keçirilib

Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkən sakinlərlə növbəti görüş keçirilib


23-09-2021, 16:02. Yazar: Admin

Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkən sakinlərlə növbəti görüş keçirilib

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkən sakinlərlərlə mütəmadi olaraq görüşlər keçirilir.

Gəncə İcra Hakimiyyətindən Qarabaginfo.az-a verilən məlumata görə, növbəti dəfə keçirilən görüşdə fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri aparılan vətəndaşlar Komitənin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən onlayn qaydada tək-tək dinləniliblər.

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəyib. Artıq 9 aya yaxındır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır. Eyni zamanda, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə sakinlərin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, podratçı şirkətlərin rəhbərləri ilə görüşlər keçirilir.

Növbəti dəfə keçirilən görüşdə fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri aparılan vətəndaşlar Komitənin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən onlayn qaydada tək-tək dinləniliblər.
Görüş zamanı sakinlər tərəfindən qaldırılan məsələlərə aydınlıq gətirilib, onları maraqlandıran suallar cavablandırılıb, o cümlədən üzə çıxan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasına təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaların, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edildiyini və zərərçəkən sakinlərin müraciətlərində yer alan məsələlərin birbaşa sözügedən komitəyə aid olduğunu nəzərə alan Gəncə Şəhər İcra Hakimiyyəti bu cür görüşlərin mütəmadi şəkildə təşkil edilməsi üçün öz təşəbbüslərini davam etdirəcək.


Geri dön