Ana Sayfa > Karusel / Sosial > Vətən Müharibəsinin 2000-dək iştirakçısına əlillik təyin olunub

Vətən Müharibəsinin 2000-dək iştirakçısına əlillik təyin olunub


23-09-2021, 15:19. Yazar: Admin

 

Vətən Müharibəsinin 2000-dək iştirakçısına əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərdən ibarət işçi qrupu Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir.

Nazirlikdən Qarabaqinfo.az-a bildirilib ki, artıq Vətən Müharibəsinin 2000 nəfərədək iştirakçısına ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı həyata keçirilib. Əlillik təyinatından dərhal sonra proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin edilib.

Qazilərin əlilliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə və müvafiq sənədləşdirmə işləri görülməklə aparılır.

Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim olunur. Həmin şəhadətnamə və tibb müəssisələri tərəfindən elektron sistemə daxil edilmiş göndəriş (forma 88) əsasında, yekun mərhələ olaraq əlilliyin qiymətləndirilməsi aparılır.


Geri dön