Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Macarıstan XİN başçıları arasında görüş olub
Azərbaycan və Macarıstan XİN başçıları arasında görüş olub23-09-2021, 14:51. Yazar: Admin |
![]() BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Qarabaginfo.az-a verilən məlumata görə, görüşün əvvəlində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstanın Milli Arxivi arasinda “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan nazir qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır. ![]() Geri dön |