Ana Sayfa > Karusel / Region > Azərbaycan-Türkiyə-İran üçtərəfli görüşü keçirilə bilər: “Tehran anlamalıdır ki, hədələməyin əks effekti olacaq”

Azərbaycan-Türkiyə-İran üçtərəfli görüşü keçirilə bilər: “Tehran anlamalıdır ki, hədələməyin əks effekti olacaq”


23-09-2021, 13:19. Yazar: Admin
twitter sharing buttonodnoklassniki sharing buttonvk sharing buttonwhatsapp sharing buttonAzərbaycan-Türkiyə-İran üçtərəfli görüşü keçirilə bilər: “Tehran anlamalıdır ki, hədələməyin əks effekti olacaq”email sharing button

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT sessiyası çərçivəsində Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb. Mövlud Çavuşoğlu və Hüseyn Əmirabdullahian Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini konkret.az-a bölüşən politoloq Elxan Şahinoğlu bildirib ki, İran-Azərbaycan münasibətlərində gərginlik davam edir: “Azərbaycan İranla münasibətlərdə problem istəmir. Ancaq İran yükləri Ermənistan üzərindən qanunsuz olaraq Qarabağa yanacaq daşıyırsa və ali dini liderin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amili ölkəmizi hədələyirsə, o zaman bütün bunlar cavabsız qalmayacaq. Üstəgəl Tehran Türkiyə-Azərbaycan hərbi ittifaqını yanlış olaraq özü üçün təhlükə sayaraq sərhəddə hərbi təlimlərə başlayıb. Əlbəttə, İranın harada təlim keçirməsi daxili işidir. Ancaq bu halda haqlı sual yaranır: Azərbaycanın sərhəd bölgələri 27 il işğal altında olduğu halda Arazın o tayında hərbi təlimlər keçirilməyibsə. O zaman niyə torpaqlar işğaldan azad olunduqdan sonra Tehran həmin məntəqədə təlim keçirməyə qərar verdi? Mövcud durum Türkiyəni də narahat edir. Ona görə üçtərəfli görüşə ehtiyac yaranıb ki, məsələlərə aydınlıq gətirilsin”.

Elxan Şahinoğlu: “Yenə də atəşkəs çağırışları səslənə bilər”

Şahinoğlu əlavə edib ki, əslində Azərbaycan-Türkiyə-İran üçtərəfli formatı illərdir mövcuddur: “Bu format əsasında xarici işlər nazirlərinin görüş təşəbbüsü Tehrandan gəlib. Görüş yeri kimi İran paytaxtı seçilib. Bu görüşə qədər Tehran yanacaq dolu yüklərinin Qarabağa girişlərini qadağan etsə, indidən müsbət atmosfer yaratmış olar. Digər tərəfdən Tehran nədənsə narahatdırsa, bunu Amilinin aşağılayıcı dili ilə deyil diplomatların və rəsmilərin görüşündə səsləndirə bilər. İran-Azərbaycan münasibətlərində suallar heç zaman azalmayacaq. Önəmli olan görüşlər və müzakirələr vasitəsilə iki qonşu dövlətin gərginliyinin süni surətdə artırılmasına yol verməməkdir. Misal üçün İran səfirinə Bakıda verilən notadan sonra Qarabağa yenə yük daşımaq və ya Seyid Amilinin əlinə mətn verib Azərbaycanı hədələmək gərginliyin süni surətdə artırılmasıdır. Bu halda gərginliyə yaşıl işıq yandıranın zərəri daha çox olacaq. Tehranda anlamalıdırlar ki, Azərbaycanı hədələməyin, qorxutmağın İran üçün əks-effekti olacaq”.


Geri dön