Ana Sayfa > Karusel / Siyasət > Rusiyada radarlardan itən "An-26" təyyarəsinin qalıqları tapılıb

Rusiyada radarlardan itən "An-26" təyyarəsinin qalıqları tapılıb


23-09-2021, 08:15. Yazar: Admin

Rusiyada radarlardan itən "An-26" təyyarəsinin qalıqları tapılıb

Rusiyanın Xabarovsk diyarı yaxınlığında radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapılıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə təcili yardım xidmətindən bildirilib.

Xabarovsk ərazisindəki “Zapovednoye Priamurye” Dövlət Təbiət Qoruqları və Milli Parklar Birgə Direksiyasından da “An-26” tipli təyyarənin qalıqlarının tapılması ilə bağlı məlumatı təsdiqləyiblər.

“Təyyarənin qəzaya uğradığı yeri tapdıq. Korfovski kəndi yaxınlığındadır”, - deyə direksiyadan bildirilib.

Qeyd edək ki, “An-26” təyyarəsi Bolşexesirski qoruğunun ərazisində, Xabarovsk hava limanından 38 km aralıda radardan itib. İlkin məlumata görə, təyyarənin göyərtəsində altı nəfərdən ibarət uçuş heyəti olub. Təyyarə texniki uçuş həyata keçirirmiş. Axtarışa 70-dən çox xilasedici və 20 texnika cəlb olunub.


Geri dön